Rusiya ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaqda maraqlıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, indiki şəraitdə Moskva dialoqda maraqlıdır.
O, həmçinin tərəflər arasında təmaslara dair razılıq əldə olunarsa, jurnalistləri məlumatlandıracağını bildirib.
Daha əvvəl Tramp bildirib ki, onun komandasının Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə səyləri artıq başlayıb.
Bundan əlavə, ABŞ prezidenti tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşmək arzusunda olduğunu bir daha bəyan edib.
Aytac
www.anews.az