AZ

Trampın göstərişi ilə transseksual qadınlar kişi həbsxanalarına göndəriləcək

ABŞ prezidenti Donald Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanmasına göstəriş verib. Bu barədə “New York Times” (NYT) məlumat yayıb.

“Qadınların gender ideoloji ekstremizmindən qorunması və federal hökumətdə bioloji həqiqətin bərpası” adlı icra sərəncamı federal həbsxanalara yönəldilib. Onun şərtlərinə əsasən, cinsiyyətinin dəyişdirilməsi ilə bağlı məhbuslara tibbi yardım da dayandırılacaq. Trampın fərmanında vurğulanır ki, “cinsiyyətin bioloji reallığını aradan qaldırmaq cəhdləri qadınların ləyaqətindən, təhlükəsizliyindən və rifahından məhrum edilməklə onlara təbii olaraq zərər verir”.

ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına görə, Amerika həbsxanalarında 1500-ə yaxın transseksual qadın var. Üstəlik, onlar qadın müəssisələrindəki məhbusların ümumi sayının 15 faizini təşkil edir.

Yanvarın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qadın məktəb idman komandalarında iştirakını qadağan edən qanun layihəsini təsdiqləyib.

Almaz Həsənli

Seçilən
2
5
oxumeni.az

10Mənbələr