Konya vilayətində faciə baş verib. Hadisə yerindən olan videogörüntülərə görə, dördmərtəbəli binaya ziyan dəyib.
O, sözün əsl mənasında, kart evi kimi yıxılıb. Ən aşağı mərtəbə çökəndən sonra bina “oturub” və qalan mərtəbələr çöküb. Təfərrüatlar açıqlanmasa da, “Yeni Şafak”ın məlumatına görə, dağıntılar altında insanlar qalmaqdadır.
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.
//Samir Qurbanov, Editor.az