AZ

Türkiyədə yaşayış binası çöküb, dağıntılar altında qalanlar var

“Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.

Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.

Bildirilib ki, bölgəyə Konyanın AFAD qrupları, yanğınsöndürmə və 112 təcili-tibbi müdaxilə heyətləri olmaqla, ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib. Axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında qalanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Türkiyənin Konya şəhərində yaşayış binası çöküb. Dağıntılar altında qalanların olduğu bildirilir.

Hadisə ilə bağlı Konya valisi İbrahim Akın mətbuata açıqlama verib. Bildirilib ki, çökən binanın altından iki nəfər sağ olaraq çıxarılıb, daha beş nəfərin axtatışları davam edir.

Seçilən
9
3
xezerxeber.az

10Mənbələr