1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Dövlət Departamenti Prezident Donald Trampın yalnız kişi və qadın cinslərinin tanınması haqqında fərmanından sonra pasportlarda cins dəyişikliyi ərizələrinə və "cins" qrafasında tire olan şəxsiyyət vəsiqələrinin verilməsinə baxmağı dayandırıb.
Oxu.Az-ın "The Guardian"a istinadən məlumatına görə, bu barədə göstəriş ABŞ dövlət katibi Marko Rubio tərəfindən verilib.
"Amerika Birləşmiş Ştatlarının rəsmi siyasəti ondan ibarətdir ki, insanın cinsi dəyişdirilə bilməz. (Pasportlarda) "gender" deyil, "cins" sözündən istifadə edilməlidir", - deyə sənəddə qeyd olunub.
Yanvarın 21-də Tramp ABŞ-də iki dəyişməz cinsin - kişi və qadın cinslərinin tanınması və "gender ideologiyası" adlanan konsepsiyadan imtina edilməsi haqqında fərman imzalayıb. Bundan sonra kişilərin özlərini qadın, qadınların isə kişi kimi təqdim edə bilməsi barədə ideologiyanın tərəfdarlarının iddiası yalan hesab edilir. Bütün federal qurumlara gender ideologiyasını təbliğ edən və ya təlqin edən bütün məlumatları silmək tapşırılıb, həmçinin bu ideyaların yayılması üçün dövlət maliyyələşdirilməsindən istifadə etmək qadağan edilib.
Həmçinin dövlət vəsaiti hesabına cins dəyişdirmə tibbi prosedurlarının aparılması da qadağan edilib.