AZ

Ərdoğan 2028-ci il seçkilərinə hazırlaşır: Məqsədimiz...

İnşallah 2028-ci ildə keçiriləcək prezident seçkilərində 50 faizdən xeyli yuxarı səslə qalib gələcəyik. Bu bizim hədəfimizdir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz AKP səslərinin 50 faizdən aşağı düşməsinə imkan verməməkdir. Seçkilərdə qalib gəlmək üçün boş xəyalların deyil, böyük hədəflərin ardınca gedirik. AKP və Cümhur İttifaqı olaraq 85 milyon insanın könlünü almaq istəyirik. Bu məqsədlərə çatmayan hər bir nəticənin hesabını cəsarətlə vermək bizim borcumuzdur”, - Türkiyə lideri əlavə edib.

Seçilən
8
39
axar.az

10Mənbələr