1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası davam edir. İlk növbədə, qatı cinayətkarlar ölkədən çıxarılır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Prezident Donald Tramp jurnalistlərə müsahibəsində deyib.
"Deportasiya çox yaxşı gedir. Biz dəhşətli, qatı cinayətkarlardan qurtuluruq. Onlar qatillərdir, insanların ən pisi. Biz əvvəlcə onlardan qurtuluruq", - Tramp jurnalistlərin sualını cavablandırarkən deyib.
Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. ABŞ lideri bildirib ki, bu, qeyri-qanuni mühacirlərin ölkəyə fəlakətli hücumunu dəf etmək üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.