“Altares” qrupunun kommersiya məhkəmələrinin qərarlarının təhlilinə əsasən, Fransada 2024-cü ildə 67 mindən çox sahibkar iflasa uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, “Altares” firması tərəfindən dərc edilən kommersiya məhkəmələrinin qərarlarının təhlilinə əsasən, mühafizə, bərpa və ya ləğvetmə prosedurlarının açılışlarının sayı 2024-cü ildə 67 mini ötüb.
Fransada biznes uğursuzluqları ilə bağlı araşdırmalarına müntəzəm istinad edilən bu şirkətin təhlilinə görə, bu rəqəm tarixi rekorddur. “Altares” həmçinin, bu uğursuzluqlar nəticəsində təxminən 256 min iş yerinin risk altında olduğunu təxmin edib.
“Altares” firması 2024-cü ilin sonunda iflasların azalacağını qeyd etsə də, cari il üçün iflasın azalmasını proqnozlaşdırmır.\\azərtac