Sankt-Peterburqda yerləşən “Ermitaj” muzeyinə gələn ziyarətçilər və işçilər təxliyə olunub.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb muzeyə gələnlərin təhlükədə olması barədə məlumatın daxil olması olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları binanı yoxlayır.
Qeyd edək ki, təxliyə səbəbindən muzeyi gəzə bilməyən qonaqlar sabah eyni biletlərdən istifadə edə biləcəklər.