AZ

Aİ XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların qaldırılmasını müzakirə edəcək

Yanvarın 27-si Aİ xarici işlər nazirlərinin görüşü zamanı Suriyaya qarşı tətbiq edilən sanksiyaların qaldırılması müzakirə ediləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Aİ sanksiyaların yumşaldılması məsələsində yol xəritəsi təklif edir. Onun sözlərinə görə, Aİ tərəfindən bu istiqamətdə ilk qərarlar yanların 27-si veriləcək.

Seçilən
5
31
apa.az

9Mənbələr