AZ

Alimlər Afrikanın daha tez parçalanacağını proqnozlaşdırırlar – ÖZƏL

Afrika qitəsinin bölünməsi əvvəlcədən proqnozlaşdırılandan daha tez baş verə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Nəşrin yazdığına görə, 2005-ci ildə Efiopiya səhrasında 56,5 kilometr uzunluğunda yaranan çat hər il təxminən 1,5 sm genişlənir.

Kaliforniya Universitetinin professoru Ken Makdonald yeni hesablamalara əsaslanaraq bildirib ki, Afrika qitəsinin parçalanması 1-5 milyon il ərzində baş verəcək. Əvvəllər alimlər bu prosesin on milyon illərlə çəkəcəyini düşünürdülər.

"İndiki Şərqi Afrika Rift Vadisinin olduğu əraziləri Hind okeanının suları basacaq," - deyə professor əlavə edib.

Məqalə müəllifləri qeyd edirlər ki, Afrika qitəsi bölündükdən sonra Yerdə yeni bir materik və Atlantik okeanı qədər dərin ola biləcək yeni bir okean yarana bilər. Yeni materik "Nubiya qitəsi" adını ala bilər və Somali, Keniya, Tanzaniya və Efiopiyanın bir hissəsi burada yerləşəcək.

Makdonald əlavə edib ki, çatın böyüməsi yavaş olsa da, Afrika qitəsinin nəhəng ölçülərini nəzərə aldıqda bu proses olduqca təsir edicidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
6
olaylar.az

10Mənbələr