AZ

Səudiyyə Ərəbistanının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Səudiyyə Ərəbistanıc Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb.

Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin təlim şəhərcikləri, atış meydanları, trenajor bölməsi ilə tanış olublar.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

f0cc68105b60002f23dcde1b5ac566a3

3f6f90a8e6fa492938298cedb9db0d16

27ad72c280654335a124070aef5b0888

dca6b0307d4258032b2b0bd0e1b0e155

c046ef6709d84da4b73fba6ad7b28991

2279218963f031285499b0f57975a2b8

df29bad8d867775549fe84d783e57397

Seçilən
21
4
poliqon.az

5Mənbələr