AZ

“Eovin” qasırğası Britaniya və İrlandiyanda nəqliyyatın işini pozub

“Eovin” qasırğası Böyük Britaniya və İrlandiyanın dəmiryolu və hava nəqliyyatında fasilələrə səbəb olub.

AZƏRTAC “Sky News” telekanalına istinadla xəbər verir ki, yanvarın 24-də səhər saatlarında əlverişsiz hava şəraiti səbəbindən Qlazqo, Edinburq və Dublin hava limanlarında yüzlərlə aviareys təxirə salınıb. Şotlandiya və Şimali İrlandiyada qatarların hərəkəti dayandırılıb. Həmçinin elektrik xətlərinin qırılması səbəbindən İrlandiyada təxminən 600 min ev, ferma və ofis binası işıqsız qalıb.

İrlandiya Meteorologiya Xidmətinin məlumatına görə, “Eovin” müşahidələr dövrü ərzində qeydə alınan ən güclü qasırğalardan biridir. Sinoptiklərin proqnozuna görə, qasırğa tədricən daha da güclənəcək və küləyin sürəti saatda 160 kilometrə çatacaq.

Seçilən
6
3
yeniazerbaycan.com

2Mənbələr