AZ

Ötən il neçə nəfər soyadını DƏYİŞDİRİB? – ÖZƏL

2024-cü il ərzində 1479 şəxs öz soyad sonluğuna dəyişiklik edib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 49 şəxs dövlət dilinə uyğunlaşdırılmış soyadlarını, qalanlar isə -ov –yev sonluqlu soyadlarını –zadə və ya –lı (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), -soy, -oğlu, -qızı sonluqlu və ya sonluqsuz sonluqlu formaları ilə əvəz edib.


Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin  02.02.1993-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlarının “-ov” “-yev”, sonluqlu soyadlarının “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilməsi nəzərdə tutulub.

Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının  və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Günay Şahmar, Bizim.Media

 

Seçilən
15
1
bizim.media

2Mənbələr