«Qarabağ»da dəyişim zamanı yetişib.
Qurban Qurbanov bu prosesə ötən ilin yayında, mövsümün lap əvvəlində start versəydi, bəlkə indi hər şey tamam fərqli olmuşdu.
«Qarabağ» Avropa Liqasında Liqa mərhələsinə adlamış, Azərbaycan futboluna növbəti baharı yaşatmışdı.
Olmayanda olmur. Alınmayanda alınmır.
Çərxi-fələk də bir də görürsən, tərsinə dövran edir özüyçün. Onunla hesablaşmaq, barışmaq məcburiyyətində qalırsan.
Ürək həmişə çox şey istəyir. Ancaq iş getməyəndə getmir, İçin özünü, çölün özgəni yandırır.
Komandanı bir neçə nəfər tərk etməlidir. Qurbanov anidən radikal qərar verə biləcək məşqçidir.
Heç onu fikirləşmirsən, ağlının ucundan keçirmirsən, səhər yuxudan oyanıb eşidirsən ki, filan futbolçunun ayrılıq xəbəri açıqlandı. Az olmayıb belə hallar.
Dəyərli məşqçinin növbəti belə qərarına, qərarlaına hazır olun. O da bir Adəm övladıdır, ürəyi daşdan deyil, xəmiri dəmirdən yoğrulmayıb.
Bəşərdir, səbr kasasının dolub-daşması an məsələsidir.
Gözləyin, 3-4 nəfəri göndərəcək, yaydan o tərəfə saxlamayacaq. Müdafiə və yarımmüdafiə xəttində çıxış edib də, tükdən asılı duruma gələnlər var.
Gedəcək adamların siyahısında sürpriz adlar görəcəyik.
ELNUR