AZ

"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib"- Nazir

Image

2024-cü ildə prokurorluq orqanlarının əməkdaşları ilə birgə əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunub, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcmi yerinə yetirilib.

Bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir general-polkovnik Vilayət Eyvazov bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.

Nazir bildirib ki, qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə, 7227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb.

ZÜMRÜD





Seçilən
5
2
baki-xeber.com

10Mənbələr