AZ

"Maliyyə naziri vəzifəsinə bacarıqlı mütəxəssis təyin olunacaq" - Deputat

"İslahatların aparılması kampaniya xarakteri daşımır. Bu canlı orqanizmdir və mütəmadi olaraq islahatlar aparılaraq struktur daha da təkmilləşdirilir. Maliyyə nazirinin başqa vəzifəyə keçirilməsini islahatların aparılması kimi qeyd edə bilmərəm. Bu, bir vəzifə sahibinin başqa daha da yüksək vəzifəyə keçirilməsidir. Onun verdiyi töhfələrlə bağlıdır".

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. Deputat hesab edir ki, maliyyə naziri vəzifəsinə bacarıqlı mütəxəssis təyin olunacaq:

"Amma bir neçə strukturun birləşdirilməsi məsələsi və cəmiyyətdə müzakirə olunanlardan biri də Gəlirlər Nazirliyinin yaradılmasıdır. Burada fikirlər Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyinin birləşdirilməsi ilə bağlıdır. Bir çox dövlətlərin təcrübəsində belə strukturlar mövcuddur. Hesab edirəm ki, Maliyyə Nazirliyi həmişə ayrı olmalıdır. Gəlirlər və xərclər bir-birindən ayrılanda şəffaflıq daha yüksək səviyyədə təmin olunur. Maliyyə Nazirliyi xəzinədir, ora gəlirlər gəlməlidir və gələn gəlirlərə xəzinə nəzarət edərsə, burada şəffaflıq məsələsi pozulmuş olar. Maliyyə Nazirliyinin ayrıca qurum olaraq fəaliyyətini davam etdirməli olduğunu hesab edirəm. Xəzinəyə gələn gəlirlər də, oradan maliyyənin təyinatı da şəffaf olmalıdır. Bu baxımdan, Maliyyə Nazirliyinin fəaliyyətinin davam etdirilməsinin lazım olduğunu düşünürəm".

Anar Kəlbiyev

Seçilən
4
10
unikal.az

10Mənbələr