AZ

“Lalə Məmmədova plastik əməliyyat etdirib deyə bəyənmirlər, mən etdirməmişəm deyə…” – FOTOLAR

“50 yaşında 20 yaşındakı kitayski kuklalara oxşamaq istəmirəm”

“Yazmışdılar ki, İlahə Fəda nə yaman günə qalıb”

“Mənim imicim anadangəlmədir. Təbiiyəm. Yazmışdılar ki, İlahə Fəda Avropaya gedib, yaman günə qalıb. Niyə yaman günə qalmışam ki? Mənim saçlarım çox ağarmışdı. Mən də məcbur idim ki, hər həftə rəngləyim. Hər həftə də saçı rəngləməyə kimin vaxtı və həvəsi olar ki? Hələ maddi tərəfini demirəm. Almaniyada saç rəngləri çox bahadır.. Mən də düşündüm ki, elə birdəfəlik saçımı ağ rəngə boyayım canım qurtarsın. Bir az ağ saçlarımla gəzdim. İndi də qışdır deyə bir az rəngi tündləşdirmişəm. Yazırlar ki, İlahə Fəda qocalıb, bu saç rəngi sənə yaraşmır. Mən də bilirəm yaraşmır, sadəcə rahat olum deyə bu vasitəyə əl atdım”

“Lalə Məmmədova plastik əməliyyat etdirib deyə bəyənmirlər, mən etdirməmişəm deyə...” - <span style=color:red>FOTOLAR

Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni İlahı Fəda deyib.

O daha sonra bildirib ki, plastik əməliyyat etdirmək fikri heç vaxt olmayıb.

“Bir dəfə bir video çəkib paylaşmışdım ki, heç bir estetik əməliyyat etdirmək istəmirəm. Həqiqətən də. Çünki bir dəfə bu səhvi etdim, peşman oldum. Adam da gül kimi üzünə bıçaq vurdurar? Elə də ağır əməliyyat deyildi, sadəcə buxağımı götüzdürmüşdüm. Sonradan peşman oldum. Rəylərdə yazmışdılar ki, pulu, imkanı yoxdur deyə belə danışır. Düzdür, 15-20 il əvvəlki imkanım yoxdur. 2008-ci ildə bankrot oldum. Mən bu mövzunu bir lətifəyə bənzədirəm. Bir gün eşşək dəvəyə deyir ki, yaman qocalmısan, belə getsə öləcəksən. Dəvə də deyir ki, mən ölsəm də təkcə dərim bir eşşəyin yüküdür. Nə qədər imkanım olmasa da özümü, üzümü formaya salıb, estetik əməliyyat etdirəcək gücüm var. Amma çox xoşbəxtəm ki, ağlım da var ki, etmirəm. Çünki təbii, 50 yaşındakı qadın kimi görünmək istəyirəm. 50 yaşımda 20 yaşındakı kitayski kuklalara oxşamaq istəmirəm”. Bu yaxınlarda qarşıma Afaq Gəncəli ilə Lalə Məmmədovanın bir videosu çıxdı. Afaq Laləni, Lalə isə Afaqı tərifləyirdi. Orada rəylərə baxdım. Yazmışdılar ki, bunlar nə gündədir? Nəyə oxşayır? Mən də orada rəy yazdım ki, ay millət, bir qərara gəlin, bu iki xanım plastik əməliyyatlar etdirib deyə bunları yıxıb sürüyürsüz, bəyənmirsiz, mən də plastik əməliyyat etdirmirəm deyə məni bəyənmirsiz! Bir qərara gəlin! İnsanlarda düzgün rəy, fkir bildirmək yoxdur. Ya 100 faiz pisdir, ya da 100 faiz yaxşıdır. Ətrafda baş verən hər bir şeyi düzgün analiz etmək lazımdır”,-deyə sənətkar bildirib.

Əli Əsgər
Medianews.az
“Lalə Məmmədova plastik əməliyyat etdirib deyə bəyənmirlər, mən etdirməmişəm deyə...” - <span style=color:red>FOTOLAR

Seçilən
1
50
medianews.az

10Mənbələr