AZ

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bakı. Trend:

Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovqeyd edib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb.

"Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğuvəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinəqalığının artımı ilə bağlıdır", - deyə o bildirib.

Bəs, kredit faizlərinin artmasına səbəb olan amillərnələrdir? Bu artımlar kreditləşməyə necə təsirgöstərir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Milli Məclisindeputatı, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, 2024-cü ildəndepozit faizlərində artımlar müşahidə edildi.

"Sistem əhəmiyyətli banklarda depozit faizləri yüksəldi. Buyüksəliş kredit faizlərinə də təsir göstərdi. Monitorinqlərgöstərir ki, sistem əhəmiyyətli banklarda kredit faizlərindəartımlar olub. Bu, bütövlükdə bankların cəlb etdiyi vəsaitlərindəyəri ilə bağlı bir məsələdir", - deyə o əlavə edib.

V.Bayramov bildirib ki, hələlik kredit faizləri ilə bağlı ciddiartım müşahidə olunmur, amma bankların bahalı borclanma siyasətidavam edərsə, təbii ki, kredit faizlərinin artımına səbəb olabilər.

"Əsas siyasət və təşviq kommersiya bankarlarının daha ucuzvəsaitləri cəlb etməsi istiqamətində olmalıdır. Çünki cəlb edilənvəsaitlər çoxalırsa, bu birbaşa kredit faizlərinə təsir göstərənəsas faktora çevrilir", - deyə o vurğulayıb.

Seçilən
27
50
az.trend.az

10Mənbələr