AZ

Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb

2024-cü ildə bütün dünya Kanakidə baş verən faciəvi və ədalətsiz hadisələrin şahidi olmuşdur. Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb.

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qurultayına videomüraciətində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, bu qəddar basqılar, o cümlədən 13 günahsız insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması müstəmləkəçiliyin aradan qaldırılması məsələsində dünya ictimaiyyətinin təcili müdaxiləsinə və həmrəyliyinə ehtiyacın olduğunu bir daha göstərmişdir.

A.Abbasov qeyd edib ki, Qurultayın Kanakidə keçirilməsi simvolik əhəmiyyətə malikdir.

"Mən fəxrlə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pisləmiş və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etmişdir. Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlanmış və kanak xalqına qarşı törədilən vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmışdır. Birgə səylərimiz nəticəsində dünya ictimaiyyəti qısa müddət ərzində bu vəhşiliklərdən xəbərdar olmuşdur", - o vurğulayıb.

Seçilən
3
2
publika.az

7Mənbələr