AZ

Boluda otel yanğını ilə bağlı saxlanılanların sayı 14-ə çatıb

Bakı, TurkicWorld

Türkiyədə Bolu Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində baş verən və 78 nəfərin həyatını itirdiyi faciəvi yanğınla əlaqədar istintaq çərçivəsində saxlanılanların sayı 14-ə yüksəlib.

TurkicWorld xəbər verir ki , son məlumata görə, istintaq çərçivəsində daha iki nəfər barəsində həbs-qətimkan tədbiri çıxarılıb. Həbsdə olan 9 nəfərin isə bu gün ədliyyəyə göndəriləcəyi bildirilib.

İstintaqın gedişatında yanğının səbəblərinin daha dəqiq öyrənilməsi məqsədilə İstanbul Texniki Universitetinin Fəlakət İdarəetmə İnstitutu, Memarlıq Fakültəsi, Elektrik Elektronika Fakültəsi, Maşınqayırma Fakültəsi və İnşaat Fakültəsindən mütəxəssislər ekspert kimi təyin olunublar.

Qeyd edək ki, sözügedən yanğın 21 Yanvar tarixində Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisənin yerli vaxtla saat 03:30 radələrində , təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığı bildirilib. Bölgəyə xilasetmə və yanğınsöndürən qurumları göndərilsə də, yanğının qarşısını tez bir zamanda almaq mümkün olmayıb və böyük itkiyə səbəb olub. Hazırda məhkəmə istintaqı prosesi davam edir.

Seçilən
14
4
turkic.world

10Mənbələr