AZ

İngiltərə və İrlandiyada məktəblər bağlandı, uçuşlar ləğv edildi - Səbəb

Bu gün Böyük Britaniya və İrlandiyada yüzlərlə məktəb bağlanıb, uçuşlar ləğv edilib və ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb "Eowyn" adı verilən dağıdıcı qasırğa gözləntisidir.

Məlumatda deyilir ki, fırtına səbəbindən Şotlandiyanın paytaxtı Qlazqo və Edinburq da daxil olmaqla, bir çox şəhərdə məktəblər artıq bağlanıb, Londondakı Hitrou hava limanında isə 30-dan çox reys təxirə salınıb: "Şotlandiya və Şimali İrlandiyada 334-dən çox, İrlandiyanın Dublin hava limanında isə 230-dan çox reys ləğv edilib".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
31
16
mia.az

10Mənbələr