Azərbaycan Milli QHT Forumunda Elm və Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuraların üzvlərinin görüşü keçirilib.
Görüşdə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli, İdarə Heyətinin üzvləri Zaur İbrahimov və Xatirə Vəliyeva, AMQF NTK-nın üzvləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və digər üzvlər iştirak ediblər.
Bu cür formatda görüşün ilk dəfə olaraq keçirildiyini qeyd edək çıxışçılar İctimai şuraların koordinasiyalı fəaliyyətinin təşkili baxımıdan bu cür görüşlərin davamlı olmasının vacibliyini qeyd ediblər.
Görüşdə həmçinin İctimai Şuralar arasında əməkdaşlıq əlaqələrinin qurulması mexanizmləri, gənclərin vətəndaş cəmiyyəti təşkilatlarına cəlb edilməsi, milli mənəvi, ailə dəyərlərin təbliği sahəsində innovativ metodların tətbiqi perspektivləri və gələcək birgə fəaliyyətlərlə bağlı mexnaizmlər müzakirə edilib.