AZ

AzMiU və TKTA: Tədris keyfiyyətinin yüksəldilməsində yeni mərhələ (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və TəhsildəKeyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri arasındaməhsuldar görüş keçirilib.

Görüşdə AzMİU-nun tədris işləri üzrə prorektoru professor AkifQasımov, TKTA-nın Təlim və metodologiya şöbəsinin rəhbəri ElçinCəfərov və hər iki qurumun nümayəndələri iştirak ediblər. Görüşünməqsədi tədris prosesinin keyfiyyətinin artırılması, akademikməsləhətçilərin müasir tələblərə uyğun təlimatlandırılması vəonların TKTA tərəfindən sertifikatlaşdırılması məsələlərininmüzakirəsi olub.

Tədris işləri üzrə prorektor Akif Qasımov tyutor xidmətininuniversitetin tədris prosesindəki əhəmiyyətini vurğulayıb və buxidmətin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi təlimlərintəşkilinin vacibliyini qeyd edib. O bildirib ki, bu istiqamətdəhəyata keçiriləcək tədbirlər tədrisin effektivliyinə müsbət təsiredəcək.

TKTA-nın Təlim və metodologiya şöbəsinin rəhbəri Elçin CəfərovAzMİU-nun bu təşəbbüsünü yüksək qiymətləndirərək bu təcrübənindigər ali təhsil müəssisələri üçün də nümunə ola biləcəyinə ümidetdiyini bildirib. O əlavə edib ki, AzMİU ilə birgə həyatakeçiriləcək təlimlər universitetlərdə tələbəyönümlü təhsil vəkredit transfer sisteminin inkişaf etdirilməsinə töhfə verəcək.

Sonda təhsil qanunvericiliyi, tələbəyönümlü təhsil yanaşmaları vəkredit transfer sistemi ilə bağlı təlimlərin başlanmasına dairqərar qəbul edilib. Bu əməkdaşlığın gələcəkdə tədris keyfiyyətininartırılmasına geniş imkanlar yaradacağı vurğulanıb.

AzMiU
AzMiU
AzMiU
Məqalədə:
Seçilən
8
29
az.trend.az

10Mənbələr