AZ

Trampın yeni sülh formulu...OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

Image

Tramp ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladıqdan sonra ilk böyük xarici siyasət çıxışında Səudiyyə Ərəbistanı və OPEK-dən neft qiymətlərini aşağı salmağı istəyəcəyini deyib.

Dünya İqtisadi Forumunda çıxış edən Tramp iddia edib ki, neft qiymətləri aşağı düşərsə, Rusiya-Ukrayna müharibəsi dərhal bitəcək. O, bildirib ki, hazırda qiymətlər müharibəni davam etdirmək üçün kifayət qədər yüksəkdir və bunun üçün neftin qiyməti aşağı salınmalıdır.

Trampın yanaşması onun ABŞ-ın enerji strategiyası ilə bağlı daha geniş planlarının bir hissəsi kimi qiymətləndirilir. Daha əvvəl enerji istehsalında daxili resursları artıracağına söz verən Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Amerikada dünyanın heç bir ölkəsində olmayan bir resurs var: ən böyük neft və qaz ehtiyatları.

Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bir müddət əvvəl enerji təzyiqi vasitəsilə Moskvanı danışıqlar masasına gətirməyi təklif etmişdi. Vals qeyd etdimişdi ki, Rusiya Ukraynada genişmiqyaslı münaqişə başlamazdan əvvəl olduğundan indi daha çox neft və qaz satır.

Tramp vəzifəyə gəldikdən sonra sələfi Baydenin siyasətindəki səhvləri böyük ölçüdə düzəltməyə çalışır. O, neft və qaz kəşfiyyatını artırmaq, qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər görmək və 2021-ci ildə ABŞ Konqres binasına hücumlarda ittiham olunan və ya məhkum olunanların əksəriyyətini əfv etmək üçün sərəncamlar imzalayıb. 

TAHİR





Seçilən
17
18
baki-xeber.com

10Mənbələr