AZ

Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi

Azərbaycan Hava Yollarının təyyarəsinin qəzası ilə bağlı Rusiyada aparılan cinayət işi üzrə istintaq təsdiq edib ki, hava gəmisi "Pantsir S-1" HHM sistemi tərəfindən vurulub.

Bu barədə Caliber.az-da dərc olunan materialda qeyd olunur.

Bildirilir ki, qurğu Suriyadan Rusiyaya gətirilib.

"Həmçinin bizə məlum olub ki, Rusiyada istintaq Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq edildiyini təsdiqləyib. Bu, hava gəmisinin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub. Rusiyadakı istintaq mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsi müəyyən edib. Bundan əlavə, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri məlumdur və biz bu məlumatı lazımi vaxtda oxucularla mütləq bölüşəcəyik", - deyə nəşrdə vurğulanıb.

Seçilən
25
demokrat.az

1Mənbələr