AZ

Türkiyədə hoteldəki yanğına görə saxlanılanların sayı ARTDI

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək mərkəzindəki hoteldə baş verən yanğınla əlaqədar saxlanılanların sayı artıb.

Bizim.Media xəbər verir ki, parılmış istintaq nəticəsində daha 2 nəfər şəxs saxlanılıb.

Bununla da baş vermiş faciə ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb.
 

Xatırladaq ki, yanvarın 22-də Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 79 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb.


Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.

Bizim.Media

Seçilən
3
25
bizim.media

10Mənbələr