AZ

“Bu, Rusiyanın əsas şərtidir” - Lavrovun müavini açıqladı

Ukraynanın NATO-ya üzvlüyünə tam qadağa qoyulması Rusiyanın müharibəni dayandırmaq üçün əsas tələbidir. 

“AzPolitika” “İnterfaks”-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Aleksandr Qruşko bəyan edib.

"Bizim üçün bu, Ukraynadakı münaqişə ilə bağlı mümkün razılaşmanın əsas elementlərindən biridir. Bu, münaqişənin köklü səbəblərinin aradan qaldırılması ilə bağlı həlledici elementdir. Biz nəinki beynəlxalq hüququn Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən əsaslı təminatına nail olacağıq, həm də israr edəcəyik ki, bu, alyansın özünün siyasətinə çevrilsin”, - deyə Rusiya rəsmisi bildirib.

Qruşkonun fikrincə, 2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanı gələcəkdə alyansa qəbul edəcəklərini vəd etmək qərarı “Avropa təhlükəsizliyi üçün fəlakətli idi”: “Bu formulanın geri götürülməməsi qeyri-müəyyənlik yaradacaq. Bu da Ukrayna və onun ətrafında münaqişənin davamlı həllinə nail olmaq zərurətindən danışarkən bizim üçün tamamilə qəbuledilməzdir”.

“AzPolitika.info”

Seçilən
16
azpolitika.info

1Mənbələr