AZ

Bakı metrosunda dövlətdən ayrılan subsidiyadan təyinatı üzrə istifadə ediliməyib.

Hesablama Palatası  “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

XALQ.AZ xəbər verir ki, bu barədə  Hesablama Palatası məlumat yayıb.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib.

Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib.

Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə idarəçiliyində ziddiyyətlərə səbəb olub.

Palata müәyyәn olunmuş nöqsanlarla bağlı metroya bir sıra tövsiyyələr verib.

Qeyd edək ki, ötən ilin dekabr ayında  Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.  Vüsal Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə  sədr təyin edilib.

Seçilən
23
11
xalq.az

10Mənbələr