Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
Bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba deyib.
\"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək\", - o vurğulayıb.
Baş nazir 2024-cü ildə də Yaponiya hökumətinin Rusiya ilə sülh müqaviləsi bağlamağa və nəhayət, \"şimal əraziləri ilə bağlı problemi həll etməyə” ümid etdiyini bildirib.
///apa