AZ

Valideyn məktəbə basqın etdi - Şagirdi boğdu - VİDEO

ABŞ-ın Şimali Karolina ştatında yerləşən Fike Liseyində 43 yaşlı valideyn Quinton Earl Lofton məktəbə daxil olaraq 17 yaşlı bir şagirdə hücum edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Lofton şagirdi boğazından tutaraq pilləkənlərdən aşağı itələyib. Hadisə zamanı şagirdin qıcolma keçirdiyi və yerə yıxıldığı bildirilib.

Məktəb direktoru Dr. Ross Renfrow valideynlərə göndərdiyi mesajda Loftonun məktəbdən kənarda baş vermiş bir hadisə səbəbilə məktəbə daxil olduğunu və şagirdə hücum etdiyini qeyd edib.

Vilson dairəsi şerif ofisinin verdiyi məlumata görə, Lofton hadisədən dərhal sonra həbs edilib. O, ağır hücum və ictimai asayişi pozmaqda ittiham olunur. Lakin 7500 dollar girov müqabilində müvəqqəti sərbəst buraxılıb. 

Hadisə ilə bağlı istintaq davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
50
milli.az

10Mənbələr