Bakı. Trend:
Nəhəng şirkətlərin Azərbaycana artan marağı ölkənin böyükiqtisadi perspektivlərindən xəbər verir.
Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev deyib.
"Davosda keçirilən Dünya İqtisadi Forumu təkcə qlobal iqtisadiməsələlərin müzakirə edildiyi bir platforma deyil, həm də ölkələrvə şirkətlər arasında strateji əlaqələrin qurulduğu unikalməkandır. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin forumçərçivəsində dünyanın nəhəng şirkətləri, xüsusi ilə də qarşıtərəfin istəyi əsasında görüşləri diqqət mərkəzində olub. Bugörüşlər, Azərbaycan iqtisadiyyatına artan marağın və ölkəninbeynəlxalq iqtisadi münasibətlərdəki əhəmiyyətinin bir daha təsdiqioldu.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş istəyi bildirənşirkətlər sırasında dünya iqtisadiyyatında böyük nüfuza malik olan“Carlsberg Group”, “DP World” və “The Goldman Sachs Group Inc.”kimi nəhənglər yer alıb. Hər biri öz sahəsində lider olan buşirkətlər, Azərbaycanın iqtisadi imkanlarını, coğrafi yerləşməsinivə investisiya potensialını diqqətlə dəyərləndirir.
Prezident İlham Əliyevin Davosda beynəlxalq şirkətlərləkeçirdiyi görüşlərdə əsas diqqət Azərbaycanın iqtisadi uğurlarına,qeyri-neft sektorunun inkişafına və xarici investorlar üçünyaradılan şəraitə yönəlib. Son illər ölkədə həyata keçiriləniqtisadi islahatlar, infrastruktur layihələri və enerjisektorundakı yeniliklər Azərbaycanın qlobal iqtisadiyyatın mühümoyunçularından birinə çevrilməsinə şərait yaradıb", - obildirib.
A.Qarayev qeyd edib ki, Şərqlə Qərb arasında strateji mövqedəyerləşən Azərbaycan, enerji resurslarının ixracı və tranzitdəhlizləri ilə beynəlxalq ticarət üçün əvəzsiz bir hab kimi çıxışedir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz TicarətLimanı kimi layihələr bu rolu daha da gücləndirir. Sözügedənlayihələr və bir sıra digərləri ölkənin əhəmiyyətini daha daartırır.
"Bundan əlavə, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi,şəffaflıq və rəqabətlilik kimi prinsiplərə əsaslanan iqtisadi modelxarici investorların diqqətini çəkir. Qeyri-neft sektorununprioritet elan edilməsi, kənd təsərrüfatı, sənaye, turizm vəmaliyyə xidmətləri kimi sahələrin inkişafına yol açıb.
Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki rolu artdıqca, ölkəqlobal şirkətlər üçün maraqlı tərəfdaşa çevrilir. Bu marağın əsassəbəbləri isə davamlı iqtisadi artım, stabil siyasi mühit, regionalvə beynəlxalq əlaqələrdir", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı son illərdəsabit artım tempi nümayiş etdirir.
"Neft-qaz sektorunda əldə olunan gəlirlər qeyri-neft sahələrinininkişafına yönəldilir ki, bu da ölkənin iqtisadiyyatını dahadayanıqlı edir. Azərbaycanın daxili siyasi sabitliyi və qlobalsəviyyədə balanslı xarici siyasəti investorlar üçün etibarlı mühityaradır.
Azərbaycan təkcə enerji resurslarının ixracı deyil, həm dəregional nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Avropa iləAsiya arasında strateji körpü rolunda olan ölkə, "Orta Dəhliz"layihəsi ilə beynəlxalq ticarətin vacib hissəsinə çevrilib.
Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevinbeynəlxalq şirkətlərlə keçirdiyi görüşlər Azərbaycanın iqtisadiinkişafına, beynəlxalq münasibətlərdəki mövqeyinə və investisiyapotensialına verilən dəyərin bir daha sübutudur. Azərbaycanınqlobal iqtisadiyyatda artan rolu, ölkəyə xarici şirkətlərindiqqətini cəlb etməklə yanaşı, ölkənin beynəlxalq miqyasda birinvestisiya mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlarınatıldığını göstərir. Bu görüşlər sübut edir ki, Azərbaycanıniqtisadi gələcəyi parlaqdır", - A.Qarayev qeyd edib.