Amerikalı milyarder İlon Maska məxsus X sosial şəbəkəsi Avropa Komissiyası tərəfindən yüz milyonlarla dollar cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, Almaniyanın "Handelsblatt" nəşri istintaqla tanış olan mənbələrə istinadən yazır.
Nəşr xatırladır ki, 2023-cü ilin dekabrından sosial şəbəkə ilə bağlı bir sıra araşdırmalar davam edir. X həmçinin Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozmaqda şübhəli bilinir.
Məhkəmə sosial şəbəkənin əleyhinə qərar çıxarsa, şirkət illik dövriyyəsinin 6%-i qədər cərimə ödəməli olacaq.
Yanvarın ortalarında "Bloomberg" xəbər vermişdi ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) multimilyarder İlon Maskı qanunları pozmaqda ittiham edib və Vaşinqtonda federal məhkəmədə ona qarşı iddia qaldırıb.
Paşa Məmmədli