Bakı. Trend:
Braziliya millisinin və Türkiyənin “Qalatasaray” komandasınınsabiq futbolçusu Felipe Melo karyerasını bitirib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə 41 yaşlı yarımmüdafiəçi sosialşəbəkə hesabında paylaşım edib.
Son olaraq ölkəsinin “Fluminense” komandasında çıxış etmişkeçmiş futbolçu yazıb: “Bu gün həyatımın ən önəmli dövrlərindənbirini bitirirəm. Futbolçu karyeramı başa vururam”.
Qeyd edək ki, Felipe Melo karyerası ərzində “Qalatasaray”layanaşı, İtaliyanın “Yuventus” və “İnter” kimi tanımışkomandalarının da formasını geyinib. O, Braziliya millisininheyətində 22 matçda 2 qolla yadda qalıb.