Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin ABŞ prezidenti Donald Trampla əlaqə saxlamağa hazırdır.
O vurğulayıb ki, Kreml siqnallar gözləyir və mümkün söhbət barədə vaxtında məlumat verəcək. “Putin hazırdır, biz siqnalları gözləyirik, hamı hazırdır. Nəsə olan kimi, nəsə olarsa, sizə məlumat verəcəyik”, – deyə mətbuat katibi mətbuata zəng zamanı bildirib. O, jurnalistlərin bu həftəsonu ABŞ və Rusiya prezidentləri arasında dialoqun olub-olmaması ilə bağlı sualına belə cavab verib.
Dünən Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin “müharibəyə son qoymaq üçün razılıq əldə etməyə” hazır olduğunu bildirib. Respublikaçı bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə “yalnız iqtisadi nöqteyi-nəzərdən deyil, itirilən milyonlarla həyat nöqteyi-nəzərindən” son qoyulmalıdır.
//Samir Qurbanov, Editor.az