AZ

Putin Trampın sanksiya hədəsinə cavab verdi

ABŞ prezidenti Donald Tramp praqmatik və ağıllı şəxsdir.

 

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin Trampın Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı qərar verəcəyini güman etmədiyini qeyd edib. Rusiya prezidenti bildirib ki, bu, ABŞ iqtisadiyyatına da ziyan vuracaq.

Putin ABŞ-li həmkarı ilə 2017-ci ildən 2021-ci ilə kimi, yəni Trampın ilk prezidentliyi dövründə onunla işlədiyini xatırladıb və bir daha qeyd edib ki, Moskvanın ABŞ-nin hazırkı administrasiyası ilə kifayət qədər, o cümlədən iqtisadi sahədə təmas nöqtələri var. Buna görə də Putin Trampın Rusiyaya qarşı olsa belə, ABŞ iqtisadiyyatının ziyanına hər hansı qərar verəcəyinə şübhə edir.//Yenisabah.az

Seçilən
3
50
konkret.az

10Mənbələr