AZ

Həlak olan 757 döyüşçünün cəsədi Ukraynaya qaytarıldı – Rusiya 630 əsir hərbçini də qaytarmağa hazırdır...

Ukrayna müharibədə həlak olmuş 757 hərbçinin cəsədini qaytarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Onların əksəriyyəti - 451 nəfər Donetsk istiqamətində həlak olub. Geri qaytarılanlar arasında, həmçinin Baxmut, Uqledar, Luqansk və Zaporojye yaxınlığında həlak olan Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin cəsədləri və Rusiya morqlarından qalmış 34 cəsəd var. Onlar şəxsiyyətlərini təsdiqləmək üçün məhkəmə-tibbi ekspertizasından keçəcək və dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək.

Cəsədlərin təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə baş tutub.

Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyəti şərh etməyib. Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Sarəliyev deyib ki, döyüşlərdə ölən 69 əsgərin cəsədi də Rusiyaya qaytarılıb.

Rusiya və Ukrayna 2022-ci ildən mütəmadi olaraq həlak olan əsgərlərin cəsədlərini dəyişdirir. Beynəlxalq Qızıl Xaç Komitəsi adətən mübadilələrdə vasitəçi kimi çıxış edir.

Rusiya və Ukrayna həmçinin canlı hərbi əsirlərin mübadiləsini həyata keçirir. Tammiqyaslı müharibə başlayandan indiyədək 58 belə mübadilə baş tutub. Noyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyi “630-a 630” düsturuna əsasən müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsini həyata keçirməyə hazır olduğunu açıqlayıb. Ukrayna tərəfi hələlik bu təşəbbüsə münasibət bildirməyib.

Ötən ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Ukraynada 1348 rusiyalının, Rusiyada isə 6465 ukraynalının əsirlikdə olduğunu iddia etmişdi. Avqust ayında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə soxulması nəticəsində yüzlərlə rus əsgəri, əsasən də çağırışçılar Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

“AzPolitika.info”

Seçilən
8
4
azpolitika.info

5Mənbələr