Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır.
APA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya dövlət başçısının sözlərinə görə, bunun üçün Qərb Zelenskiyə təzyiq göstərməlidir:
"Kiyevin sponsorları Zelenskini məcbur etməlidir ki, o, Moskva ilə danışıqların qadağan edilməsi barədə qərarını ləğv eləsin. Çünki onun belə bir dekreti var”.