Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 39 yaşlı kişi anidən ölüb.
Viral.az APA-ya istinadən xəbər verir ki, axşam saat 17 radələrində Zaqatala şəhər sakini 39 yaşlı İlkin Vidadi oğlu Məmmədov ağır formada təngənəfəslik əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.
Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Məmmədovda xəstəxanaya daxil olduqdan bir qədər sonra ani ölüm qeydə alınıb.
Son Yazılar:
- Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən vəfat etdi
- Dövlət Gömrük Komitəsində Kollegiya iclası KEÇİRİLDİ
- Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə GÖRÜŞDÜ
İ. Məmmədovun anidən ölüm faktı ilə bağlı hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.