AZ

Coğrafiyanın müasir problemlərinə dair beynəlxalq konfransın materialları çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda COP29-a həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” adlı III beynəlxalq elmi-praktik konfransın materialları 2 cilddə nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplunun baş redaktoru Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, redaktoru institutun icraçı direktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmranidir.

Kitabda iqlim və su ehtiyatları, torpaqlardan səmərəli istifadə Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi, regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı, demoqrafik inkişafın regional xüsusiyyətləri, davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi, regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları, regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri və s. mövzularda məqalələr toplanıb.

Seçilən
13
1
yeniazerbaycan.com

10Mənbələr