Avropa İttifaqı (Aİ) Suriyaya qarşı olan sanksiyaları ləğv etmək üçün rəsmi Dəməşqdən Rusiyanın hərbi bazalarından xilas olmağı tələb edib.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
“Artıq Suriyanın yeni hökumətinə çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var, onlardan biri də Rusiyadır. İstəyimizə cavab olaraq onlar bu məsələyə gələcəkdə baxacaqlarını söylədilər”, - Aİ nümayəndəsi deyib.