AZ

Güney Azərbaycanlı həkim və ədibdən xəbər yoxdur

Bakıda stomatologiya sahəsində məşğul olan, eyni zamanda mədəni fəaliyyətlə də dərindən məşğul olan azərbaycanlı diş həkimi, tərcüməçi, yazıçı və şair Aqşin Ağkəmərli Təbrizə səfər etdikdən sonra qəflətən yoxa çıxıb.

O, sonuncu dəfə təxminən 3 ay əvvəl Bakıdan tanışları ilə görüşmək və bəzi şəxsi işlərini həll etmək üçün doğma şəhəri Təbrizə qayıdıb və bundan sonra dost və tanışları ilə qəfildən əlaqəni kəsib.

Məlumatlara görə, onun hər iki telefon nömrəsi ilə (İran-Azərbaycan) əlaqə kəsilib, hətta WhatsApp-ı da işləmir.

Qeyd edək ki, “Güney Azərbaycan folkloru” kitabının 16-cı cildi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Folklorşünaslıq fakültəsinin professor-müəllim heyəti tərəfindən doktor Aqşin Ağ Kəmərlinin səyi ilə təsdiq edilib və onun son əsəri bir il əvvəl işıq üzü görüb.

Doktor Aqşin Ağkəmərli Azərbaycan mədəniyyətinin təbliğində həyatı səmərəli keçən azərbaycanlı fəallardan biridir.

Seçilən
18
vaxt.az

1Mənbələr