Səhiyyə Nazirliyinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşib.
Xezerxeber.az-ın xəbərinə görə, iddialara görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində yoxlama apararkən baş həkim qışqırıb, telefonu mütəxəssislərin üzərinə çırpıb, yuxarı instansiyalara şikayət edərək onları işdən çıxartdırmaqla hədələyib.
Analitik Ekspertiza Mərkəzinin rəsmisi təfərrüatları "Xəzər Xəbər"ə danışıb.