AZ

Uzunömürlülüyün SİRRİ: Bu cür qidalanaraq daha çox yaşaya bilərsiniz

İtaliyalı uzunömürlülük üzrə mütəxəssis Valter Lonqo araşdırmalarla axşamlar daha az və erkən saatlarda qidalanmanın insanın 100 yaşa qədər yaşamaq şansını artırdığı qənaətinə gəlib.

Bizim.Media xəbər verir ki, aralıqlı oruc pəhrizinin əsasını qoyan həkim Lonqo GQ jurnalına verdiyi müsahibədə piylənmə və erkən yaşlanmanın səbəbi kimi ağır şam yeməyi menyusunu göstərib.

Valter Lonqonun sözlərinə görə, axşam saatlarında çoxlu yemək metabolizma prosesini ləngidir, yüksək qan təzyiqi və xolesterin daxil olmaqla, sağlamlıq problemləri riskini artırır.

O, sağlamlığın əsas sirrinın axşam yeməyini yatmazdan üç saat əvvəl bitirmək olduğunu iddia edir. 
 

Digər tədqiqatlar göstərib ki, aralıqlı oruc - müxtəlif müddətlərdə könüllü olaraq yeməkdən imtina - hüceyrələrin daha uzun yaşamasına kömək edərək insan ömrünü artıra bilir. Alimlərin fikrincə, bu üsul hüceyrənin köhnə və ya zədələnmiş hissələrini parçalayan və təkrar emal edən, qocalmanı ləngitməyə kömək edən autofagiyanı aktivləşdirir.


Aparılan son araşdırmalara görə, 2050-ci ilə qədər dünya üzrə gözlənilən ən uzun yaş kişilərdə orta hesabla 76, qadınlarda isə 80 olacaq. “The Lancet” tibb jurnalında dərc olunan araşdırmaya görə, qlobal ömür uzunluğunun 2050-ci ildə 4,5 il artaraq təxminən 78,1 yaşa çatacağı proqnozlaşdırılır.

Bizim.Media

Seçilən
1
1
bizim.media

2Mənbələr