Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Təşkilatın məlumatına görə, zəlzələnin episentri təxminən 280 min insanın yaşadığı Perunun Takna şəhərindən 107 kilometr şərqdə yerləşib. EMSC-nin məlumatına görə, mənbə 140 kilometr dərinlikdə yerləşib.
Yerli sakinlər arasında tələfat və dağıntılar barədə məlumat verilməyib.