AZ

Sözdə düşmənlik, əməldə müttəfiqlik necə baş verir? – RƏY VİDEO

Ermənistan Qarabağdakı məğlubiyyətinə görə zaman-zaman Rusiyanı qınasa da, KTMT-dən çıxıb Avropaya inteqrasiya olmaq istəsə də, nə hikmətdirsə Rusiyadan uzaqlaşa bilmir. Paşinyan hökuməti Qərbə doğru addımlar atsa da, Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Elçin Mirzəbəyli deyir ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 12 milyard dollara çatır və hər iki tərəf bunu məmnunluqla ifadə edir.

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Ermənistan və Rusiya rəsmiləri uzaqdan bir-birinə qarşı ittihamlar irəli sürürlər, lakin bir araya gəldikdə isə fərqli mənzərə ortaya çıxır.

Paşinyan hakimiyyəti ikili oynayır və rəsmi İrəvan bu məsələdə də gözdən pərdə asmaqla məşğuldur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
50
xezerxeber.az

10Mənbələr