AZ

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır

ABŞ prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.   Manset.az xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib. “Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var”, - o bildirib. Tramp, həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.

Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb. 

Seçilən
11
50
manset.az

10Mənbələr