Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand Kartal” hotelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.
Yenisabah.az TRT-yə istinadən xəbər verir ki, otel sahibi Halit Ergül və menecer Emir Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.
Qeyd edək ki, dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.
Telegram kanalımız