AZ

"Vətəndaş A"nın rejissorunun yeni filmi bu tarixdə göstəriləcək

"Vətəndaş A" serialının rejissoru Elvin Rüstəmzadənin yeni filmi "Otel loo" fevralın 14-dən kinoteatrlarda nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, filmin ssenari müəllifi Asiman Ağa Rövşən, prodüserləri İslam Ağayev və Nurlan Qarayevdir.

Komediya janrında olan filmdə əsas rolları Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə və Asiman Ağa Rövşən canlandırır.

Rejissor saytımıza açıqlamasında bildirib ki, filmdəki hadisələr bir oteldə baş verir.

"Komediya janrındadır. Düşünürəm ki, tamaşaçılar üçün maraqlı olacaq"- rejissor bildirib.

Filmin sloqanı isə belədir: "Xəyanət bürclərdən irəli gəlir, ya xarakterdən?"


Müəllif: Nərmin
Seçilən
4
17
teleqraf.com

10Mənbələr