AZ

Milli valyutaya TƏZYİQ ARTIR: Dollar Azərbaycanda da bahalaşacaq?

İranda dolların məzənnəsi rekord həddə yüksəlib. “Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, son günlər İran milli valyutası dollar qarşısında sürətlə dəyər itirir. Hazırda Tehran birjasında 1 ABŞ dolları 83 035 tümənə mübadilə olunur.

Dolların qonşu ölkədə bahalaşması Azərbaycanda da yaşana bilərmi?

Demokratikmusavat.comxəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki,  İranda dolların bahalaşması gözlənilən idi.

Onun sözlərinə görə, ABŞ-nin yeni Prezidenti Donald Trampın öz səlahiyyətlərinin icrasına başlayandan sonra bir çox istiqamətlərdə, ələlxüsus da müəyyən ölkələrə qarşı ciddi, qəti addımlar atacağı gözlənilir: “Bu ölkələrdən biri də İrandır. Bu faktor ölkənin milli valyutasına təzyiqi artırır. İnsanlar ehtiyatla yanaşırlar və dollarlaşma prosesi sürətlənir. Bu isə İranın milli valyutasının dəyər itirməsinə gətirib çıxarır”.

İqtisadçı Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması, İranda dolların bahalaşması prosesinin ölkəmizdə də yaşanması ehtimalına da münasibət bildirib: “Qonşu ölkələrdə olan valyutaların dəyər itirməsi Azərbaycan manatının məzənnəsinə birbaşa təsir göstərə bilmir. Ona görə ki, manatın məzənnəsi Mərkəzi Bank tərəfindən inzibati yollarla tənzimlənir. Manatın məzənnəsində hazırda hər hansısa bir risk müşahidə edilmir. Hesab edirəm ki, neft qiymətləri bugünkü vəziyyətdə qaldığı şəraitdə xarici ticarət balansında olan müsbət saldo, ümumiyyətlə, tədiyyə balansının göstəriciləri manatın məzənnəsi ilə bağlı narahat olmaq üçün əsas vermir. Məsələn, qarşıdakı dönəmdə, uzun müddətli dövr ərzində neft qiymətləri kəskin aşağı düşüb 40-50 dollar üzərində olarsa və bu aylarla davam edərsə, o zaman artıq manatın məzənnəsi ilə bağlı narahat olmağa dəyər. Amma hazırkı şəraitdə hansısa ciddi riskin olmadığını düşünürəm”.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
8
9
Demokratikmusavat.com

4Mənbələr